Bakı. 17 oktyabr. REPORT.AZ/ "Azərbaycan Sənaye Bankı" ASC bu ilin yanvar-sentyabr ayları ərzində 5 991,67 min manat xalis mənfəət əldə edib.
Bankdan "Report"a verilən məlumata əsasən, bankın xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,9 dəfə artıb.
Faiz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 15% azalaraq 13 535,03 min manat, qeyri-faiz gəlirləri 128 dəfə artaraq 6 387,67 min manat təşkil edib.
Faiz xərcləri 45% artaraq 6 061,7 min manat, qeyri-faiz xərcləri 0,4% artaraq 6 171,27 min manata çatıb.
Beləliklə, Bankın gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 25% artaraq 19 922,7 min manat, xərcləri 18% artaraq 12 232,97 min manat təşkil edib.