​"Azərbaycan Sənaye Bankı"nın xalis mənfəəti 24% artıb

​"Azərbaycan Sənaye Bankı"nın xalis mənfəəti 24% artıb Ötən il Bankın faiz mənfəəti 77% artaraq 16,7 mln. manata çatıb
Maliyyə
28 Yanvar , 2015 13:14
​Azərbaycan Sənaye Bankının xalis mənfəəti 24% artıb

Bakı. 28 yanvar. REPORT.AZ/ "Azərbaycan Sənaye Bankı" ASC-nin vergilər ödənildikdən sonra xalis mənfəəti illik müqayisədə 23,6% artaraq 2014-cü ilin yekununda 5,636 mln. manat təşkil edib.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, vergilər ödənilənədək mənfəət 7,273 mln. manat təşkil edib ki, bunun da 1,437 mln. manatı vergiyə ödənilib. Beləliklə, mənfəətdən ödənilən vergi 2013-cü ilə nisbətən 14,9% artıb.

Hesabat ilində Bankın faiz mənfəəti 2013-cü illə müqayisədə 77,1% artaraq 16,730 mln. manata çatıb. Bunun 23,682 mln. manatını faiz və bu qəbildən olan gəlirlər, 6,952 mln. manatını faiz və onlara bağlı xərclər təşkil edib. Faiz gəlirlərində 2013-cü illə müqayisədə 51,9%, faiz xərclərində isə 13,1% artım müşahidə edilib. Faiz gəlirlərinin 58,3%-i və ya 13,8 mln. manatı kreditlər üzrə olub.

Ötən il ərzində "Azərbaycan Sənaye Bankı"nın qeyri-faiz gəlirləri 24% artaraq 7,536 mln. manat, xərcləri isə 2,3% azalaraq 9,336 mln. manat təşkil edib. Qeyri-faiz gəlirlərinin 14,0%-i və ya 1,058 mln. manatı hesabların aparılması üzrə xidmətlərdən komission gəlirinin payına düşüb.

Son xəbərlər

Orphus sistemi