"Azərbaycan Sənaye Bankı"nın vergi ödənişləri artıb

"Azərbaycan Sənaye Bankı"nın vergi ödənişləri artıb Bakı. 12 iyul. REPORT.AZ/ “Azərbaycan Sənaye Bankı”ASC cari ilin yanvar-iyun ayları ərzində 4 241 min manat xalis mənfəət əldə edib. Bu da ötən ili...
Maliyyə
13 İyul , 2017 10:39
Azərbaycan Sənaye Bankının vergi ödənişləri artıb

Bakı. 13 iyul. REPORT.AZ/ “Azərbaycan Sənaye Bankı” (ASB) ASC cari ilin yanvar-iyun ayları ərzində 4 241 min manat həcmində xalis mənfəət əldə edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,22% azdır. Vergilər ödənilənədək isə Bankın mənfəəti 5 345 min manat olub.

“Report” bu barədə Bankın maliyyə hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, bu ilin birinci yarımilində ASB mənfəətdən 1 104 min manat vergi ödəyib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13,53% çoxdur.

Bank bu ilin ilk yarısında 17 215,44 min manat həcmində gəlir əldə edib ki, bu da illik müqayisədə 26,89% çoxdur. Gəlirlərin 12 599 min manatı və ya 73,18%-i faiz, 4 617 min manatı və ya 26,82%-i qeyri-faiz gəlirlərinin payına düşüb.

ASB-nin xərcləri isə illik 45,94% artaraq 11 782 min manata yüksəlib. Xərclərin 6 830 min manatı və ya 57,97%-i faiz, 4 952 min manatı və ya 42,03%-i qeyri-faiz xərclərini əhatə edib.

Son xəbərlər

Orphus sistemi