"Azərbaycan Sənaye Bankı"nın mənfəəti kəskin azalıb

"Azərbaycan Sənaye Bankı"nın mənfəəti kəskin azalıb Bu ilin ilk yarısında Bankın qeyri-faiz zərəri 10 dəfədən çox artıb
Maliyyə
5 Avqust , 2015 13:43
Azərbaycan Sənaye Bankının mənfəəti kəskin azalıb

Bakı. 5 avqust. REPORT.AZ/ Cari ilin I rübünü 2,0 mln. manata yaxın zərərlə yekunlaşdıran "Azərbaycan Sənaye Bankı" ASC birinci yarımili mənfəətlə yekunlaşdıra bilib. Lakin illik müqayisədə Bankın yarımillik mənfəəti 5,6 dəfə azalaraq 363,6 min manata düşüb.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, cari ilin yanvar-iyun aylarında gəlirlər illik 2,2 dəfə azalaraq 10,1 mln. manat, xərclər 5,73% azalaraq 7,1 mln. manat olub.

Hesabata əsasən, birinci yarımildə Bankın faiz gəlirləri 10,9 mln. manat, faiz xərcləri 2,9 mln. manat təşkil edib. Beləliklə, Bank birinci yarımili 8,0 mln. manat faiz mənfəəti ilə başa vurub. Bu da ötən ilin eyni dövründən 13,6% çoxdur.

Bu müddətdə "Azərbaycan Sənaye Bankı"nın qeyri-faiz gəlirləri (-823,4 min) manat, qeyri-faiz xərcləri 4,2 mln. manat olub. Beləliklə, Bank birinci yarımili 4,987 mln. manat qeyri-faiz zərəri ilə yekunlaşdırıb ki, bu da 10 dəfədən çox artım deməkdir. Qeyd edək ki, ötən ilin müvafiq dövründə qeyri-faiz zərəri 491,0 min manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi