​"Azərbaycan Sənaye Bankı"nın aktivləri son rübdə 5% azalıb

​"Azərbaycan Sənaye Bankı"nın aktivləri son rübdə 5% azalıb Bankın depozit portfelinin həcmində isə daha əhəmiyyətli azalma qeydə alınıb
Maliyyə
30 Oktyabr , 2015 13:02
​Azərbaycan Sənaye Bankının aktivləri son rübdə 5% azalıb

Bakı. 30 oktyabr. REPORT.AZ/ "Azərbaycan Sənaye Bankı" (ASB) ASC-nin 2015-ci ilin III rübü ərzində aktivləri 26,448 mln. manat və ya 5,4% azalaraq 459,232 mln. manata düşüb.

"Report"un Bankın hesabatına əsasən verdiyi xəbərə görə, aktivlərin strukturunda ən çox azalma "banklar da daxil olmaqla maliyyə müəssisələrindəki depozitlər" komponentində qeydə alınıb. Belə ki, III rübdə adı çəkilən göstərici 78,676 mln. manat və ya 29,8% azalaraq 185,318 mln. manat təşkil edib.

Vaxtı keçmiş kreditlərin həcmi isə ilk yarımilliyin yekunları ilə müqayisədə 113,1 min manat və ya 1,7% artaraq 6,678 mln. manata çatıb. Bununla da vaxtı keçmiş kreditlərin məcmu kredit portfelində xüsusi çəkisi III rüb ərzində 3,95%-dən 4,03%-ə yüksəlib.

Təhlil olunan dövrdə Bankın məcmu kredit portfeli isə 494 min manat və ya 0,3% azalaraq oktyabrın 1-nə 165,807 mln. manat təşkil edib.

Qeyd edək ki, hesabat dövründə ASB-nin depozit portfelinin həcmi 31,156 mln. manat və ya 11,5% azalaraq 240,3 mln. manata enib.

Son xəbərlər

Orphus sistemi