​"Azərbaycan Sənaye Bankı"nın aktivləri ötən il 24% artıb

​"Azərbaycan Sənaye Bankı"nın aktivləri ötən il 24% artıb Hesabat ilində Bankın kredit portfeli 38% artıb
Maliyyə
26 Yanvar , 2015 12:45
​Azərbaycan Sənaye Bankının aktivləri ötən il 24% artıb

Bakı. 26 yanvar. REPORT.AZ/ "Azərbaycan Sənaye Bankı" ASC-nin aktivləri 2014-cü ildə 23,7% artaraq 2015-c il yanvarın 1-nə 419,614 mln. manata çatıb.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, hesabat ilində nağd vəsaitlərin həcmi 30,9% azalaraq 9,954 mln. manat, "nostro" hesabları 60,1% artaraq 8,690 mln. manat, banklar da daxil olmaqla maliyyə müəssisələrindəki depozitlər 17,0% artaraq 205,894 mln. manat, overdraftlar da daxil olmaqla müştərilərə verilən kredit və lizinqlərin həcmi 37,7% artaraq 167,284 mln. manat təşkil edib.

Hesabat ilində Bank 2013-cü ildən fərqli olaraq qiymətli kağızlara 5 mln. manat investisiya yatırıb.

Bankın öhdəliklərində depozitlərin (banklar və digər maliyyə müəssisələri istisna olmaqla) həcmi 24,7% artaraq 218,103 mln. manata çatıb. Bunun 108,882 mln. manatı hüquqi, 109,221 mln. manatı fiziki şəxslərin depozitlərinin payına düşür. Müddətli depozitlər fiziki şəxslər üzrə 99,655 mln. manat, hüquqi şəxslər üzrə isə 77,654 mln. manat təşkil edib.

Hesabat ilində bankın məcmu kapitalı 9,8% artaraq 2015-ci il yanvarın 1-nə 67,373 mln. manata çatıb. 

Son xəbərlər

Orphus sistemi