"Azərbaycan Sənaye Bankı"nın aktivləri 39% artıb

"Azərbaycan Sənaye Bankı"nın aktivləri 39% artıb Depozit portfeli 52% artaraq 366,3 mln. manata çatıb
Maliyyə
17 Oktyabr , 2016 13:33
Azərbaycan Sənaye Bankının aktivləri 39% artıb

Bakı. 17 oktyabr. REPORT.AZ/ "Azərbaycan Sənaye Bankı" ASC-nin aktivləri ötən ilin eyni dövrü ilə müqayisədə 38,6% artaraq 206-cı il oktyabrın 1-nə 636 406,15 min manata çatıb.

Bankdan "Report"a verilən məlumata əsasən, bu müddətdə nağd vəsaitlər 64% azalaraq 8 401,78 min manata enib. Nağd vəsaitlərin 5 316,09 min manatını milli, 3 085,7 min manatını xarici valyuatada olan vəsaitlər təşkil edib.

Kredit portfeli 36,4% artaraq 226 196,19 min manata yüksəlib. Kredit portfelinin 3,41%-i və ya 7 723,27 min manatı vaxtı keçmiş kreditlərin payına düşüb.

Hesabat dövründə Bankın depozit portfeli 52,4% artaraq cari il III rübün sonuna 366 298,34 min manat olub. Mərkəzi Bankın banka qarşı tələbləri isə əvvəlki rüblə dəyişməz qalaraq 10 mln. manat təşkil edib.

Bankın nizamnamə kapitalı dəyişməyərək 60 mln. manat olub, məcmu kapitalı 11% artaraq 76 713,35 min manata yüksəlib.

Son xəbərlər

Orphus sistemi