"Azərbaycan Sənaye Bankı" mənfəətini artırıb

"Azərbaycan Sənaye Bankı" mənfəətini artırıb Bakı. 19 aprel. REPORT.AZ/ “Azərbaycan Sənaye Bankı” ASC-nin aktivləri illik müqayisədə 4,7% azalaraq 2018-ci il aprelin 1-nə 904 996 min manat təşkil edib.
Maliyyə
19 Aprel , 2018 17:44
Azərbaycan Sənaye Bankı mənfəətini artırıb

Bakı. 19 aprel. REPORT.AZ/ “Azərbaycan Sənaye Bankı” ASC-nin aktivləri illik müqayisədə 4,7% azalaraq 2018-ci il aprelin 1-nə 904 996 min manat təşkil edib.

“Report” bu barədə Bankın maliyyə hesabatına istinadən xəbər verir.

Bu müddətdə müştərilərə verilən kreditlərin həcmi ( kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat çıxılmaqla) illik 4,3% azalaraq bu il aprelin 1-nə 264 051 min manata enib. 

Bankın cəmi öhdəliklər illik 5,7% azalaraq 813 284 min manat, o cümlədən depozit portfeli (banklar və digər maliyyə institutları istisna olmaqla) 1,6% azalaraq 586 288 min manata düşüb. 2018-ci il aprelin 1-nə bankın nizamnamə kapitalı 60,0 mln. manat, cəmi kapitalı 91 713 min manat təşkil edib.

Bank 2018-ci ilin birinci rübü ərzində 1 689 min manat xalis mənfəət əldə edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,8% çoxdur. Bildirək ki, bankın vergiyə qədər mənfəəti 2 064 min manat olub. 2018-ci ilin yanvar-mart aylarında bankın faiz gəlirləri 6 131 min manat, qeyri-faiz gəlirləri 1 960 min manat, faiz xərcləri 3 084 min manat, qeyri-faiz xərcləri 2 943 min manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi