"Azərbaycan Sənaye Bankı" manat əmanətlərini bahalaşdırıb

"Azərbaycan Sənaye Bankı" manat əmanətlərini bahalaşdırıb Bankın dollar və avro ilə əmanət qəbulu şərtlərində isə dəyişiklik yoxdur
Maliyyə
22 Avqust , 2016 15:23
Azərbaycan Sənaye Bankı manat əmanətlərini bahalaşdırıb

Bakı. 22 avqust. REPORT.AZ/ "Azərbaycan Sənaye Bankı" (ASB) ASC Azərbaycan manatı ilə qəbul etdiyi əmanətlərin illik faiz dərəcəsini 2 bənd artırıb. Bu barədə "Report"a Bankdan bildirilib.

Məlumata görə, hazırda milli valyuta ilə əmanətlər faizlərin aylıq və müddətin sonunda ödənilməsindən asılı olmayaraq illik 12%-lə qəbul edilir. Bundan əvvəl illik gəlirlilik 10% olub.

Bankın ABŞ dolları və avro ilə əmanət qəbulu şərtlərində isə dəyişiklik yoxdur.

Xatırladaq ki, ASB 1996-cı ildə "Capital Investment Bank" adı ilə fəaliyyətə başlayıb, 2006-cı ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 60 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 1 manat olan 60 mln. səhm əsasında formalaşıb. Bankın səhmlərinin 94,2517%-i "Anadolu Investment Company" MMC-yə, 5,1735%-i "Azərbaycan Sənaye Sığorta" ASC-yə, 0,5748%-i isə "Azərbaycan Sənaye Lizinq" MMC-yə məxsusdur.

Son xəbərlər

Orphus sistemi