Bakı. 22 fevral. REPORT.AZ/ "Azərbaycan Sənaye Bankı" ASC tarif siyasətinə yenidən baxıb. Bank kredit kartları üzrə faiz və komissiyalarında dəyişiklik edib.
"Report"un Banka istinadən verdiyi xəbərə görə, kredit kart faizi aylıq 2%-dən 2,25%-ə, gecikmə faizi aylıq 3%-dən 4%-ə qaldırılıb.
Son ödəmə tarixi hesabdan çıxarış tarixi+10 gün, minimum ödəmə məbləği 25%-dir. Bildirək ki, hesabdan çıxarış tarixi hər ayın 10-u və ya 30-dur.