"Azərbaycan Sənaye Bankı" istehlak kreditləşməsini azaldıb

"Azərbaycan Sənaye Bankı" istehlak kreditləşməsini azaldıb Problemli kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi azalıb
Maliyyə
24 Aprel , 2015 16:47
Azərbaycan Sənaye Bankı istehlak kreditləşməsini azaldıb

Bakı. 24 aprel. REPORT.AZ/ "Azərbaycan Sənaye Bankı" ASC-nin aktivləri ötən ilin eyni dövrü ilə müqayisədə 42,0% artaraq 2015-ci il aprelin 1-nə 544,6 mln. manatı keçib.

"Report"un banka istinadən verdiyi xəbərə görə, bu müddətdə bankın kredit portfeli 40,28% artaraq cari il aprelin 1-nə 176,8 mln. manata çatıb. Kredit portfelinin 3,75%-nin və ya 6,6 mln. manatının vaxtı keçib. Hesabata əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə problemli kreditlərin məcmu kredit portfelində xüsusi çəkisi 1,27 faiz bəndi azalıb.

Kredit portfelinin 14,08%-i və ya 24,9 mln. manatı istehlak kreditlərinin payına düşüb. İstehlak kreditləşməsində ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,63% azalma qeydə alınıb.

Bankın depozit portfeli 2014-cü ilin eyni dövrü ilə müqayisədə 17,26% artaraq cari ilin aprelin 1-nə 329,2 mln. manat olub.

Qeyd edək ki, bu ilin aprelin 1-nə "Azərbaycan Sənaye Bankı"nın məcmu kapitalı 65,4 mln. manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi