Azərbaycan qızıl ixracını bir ildə 68%-dən çox artırıb

Azərbaycan qızıl ixracını bir ildə 68%-dən çox artırıb Bu ilin yanvar ayında Azərbaycandan xarici ölkələrə 16,3 mln. ABŞ dolları dəyərində qızıl ixrac edilib.
Maliyyə
28 Fevral , 2020 16:18
Azərbaycan qızıl ixracını bir ildə 68%-dən çox artırıb

Bu ilin yanvar ayında Azərbaycandan xarici ölkələrə 16,3 mln. ABŞ dolları dəyərində qızıl ixrac edilib.

"Report" xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nda bildirilir.

Hesabatda deyilir ki, bu, 2019-cu ilin yanvar ayının nəticələri ilə müqayisədə 6,6 mln. ABŞ dolları və ya 68,4% çoxdur.

2018-ci ilin yanvar ayı ilə müqayisədə isə Azərbaycanın xarici ölkələrə qızıl ixracı 0,9 mln. ABŞ dolları və ya 5,23% azdır.

Qeyd edək ki, 2018-ci ilin yanvar ayı ərzində Azərbaycandan xarici ölkələrə 17,2 mln. ABŞ dolları dəyərində qızıl ixrac edilib. 

Son xəbərlər

Orphus sistemi