Bakı. 13 iyul. REPORT.AZ/ Bu ilin yanvar-iyun ayları ərzində Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə keçirilən əqdlərin ümumi həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə illik 14,8% artaraq 6,787 mlrd. manat təşkil edib.
"Report"un BFB-yə istinadən verdiyi xəbərə görə, bu müddətdə dövlət qiymətli kağızlar bazarında kəskin azalma müşahidə olunub. Dövlət qiymətli kağızlar bazarında əqdlərin həcmi illik 27 dəfədən çox azalaraq 472,6 mln. manatdan 17,5 mln. manata düşüb.
Hesabat dövründə pay bazarında əqdlərin həcmi 5,4 dəfə azalaraq 136,8 mln. manat, borc alətləri bazarında 4% artaraq 1,241 mlrd. manat, törəmə maliyyə alətləri bazarında 5,282 mlrd. manat təşkil edib.
Bazarın seqmentləri | Dövriyyə (AZN), yanvar-iyun 2015-ci il | Dövriyyə (AZN), yanvar-iyun 2014-cü il | ||
Əqdlərin həcmi, AZN | Əqdlərin sayı | Əqdlərin həcmi, AZN | Əqdlərin sayı | |
I. Dövlət qiymətli kağızlar bazarı | 17 459 725,71 | 9 | 472 583 661,22 | 84 |
Dövlət istiqrazları (Dİ) | 17 459 725,71 | 9 | 60 680 893,66 | 27 |
Dİ yerləşdirmə | 0 | 0 | 47 947 792,76 | 18 |
Dİ təkrar bazar | 17 459 725,71 | 9 | 12 733 100,90 | 9 |
AMB notları | 0 | 0 | 411 902 767,56 | 57 |
Not yerləşdirmə | 0 | 0 | 109 089 228,61 | 35 |
NOT təkrar | 0 | 0 | 302 813 538,95 | 22 |
II. Pay bazarı | 136 802 912,08 | 2 068 | 733 610 123,83 | 2 728 |
Səhm yerləşdirilməsi | 133 686 472,35 | 101 | 731 524 208,60 | 561 |
Səhm təkrar bazar | 3 116 439,73 | 1 967 | 2 085 915,23 | 2 167 |
III. Borc alətləri bazarı | 1 240 700 392,15 | 420 | 1 192 512 688,34 | 193 |
AİF istiqrazları yerləşdirmə | 21 180 671,00 | 6 | 40 240 000,00 | 20 |
AİF istiqrazları təkrar | 1 060 260 363,74 | 124 | 309 271 243,44 | 0 |
Digər korporativ istiqrazlar* yerləşdirmə | 12 984 004,95 | 45 | 778 278 580,14 | 33 |
Digər korporativ istiqrazlar* təkrar | 146 275 352,46 | 245 | 64 722 864,76 | 80 |
- o cümlədən market-meyker | 158 520 382,89 | 178 | 74 455 356,71 | 69 |
IV. REPO əməliyyatları | 110 620 218,64 | 95 | 3 512 444 638,53 | 287 |
AMB-nin repo əməliyyatları | 32 217 600,76 | 30 | 1 803 653 833,93 | 137 |
Digər repo əməliyyatları | 78 402 617,88 | 65 | 1 708 790 804,60 | 150 |
V. Törəmə maliyyə alətləri bazarı | 5 281 831 619,56 | 33 498 | 0 | 0 |
Valyuta | 5 206 201 254,47 | 29 610 | 0 | 0 |
Əmtəə | 75 630 365,09 | 3 888 | 0 | 0 |
CƏMİ | 6 787 414 868,14 | 36 090 | 5 911 151 111,92 | 3 292 |