Yuxarı

Azərbaycan qeyri-işlək bank kreditlərinin xüsusi çəkisini 2 dəfəyə yaxın azaltmağı planlaşdırır

Azərbaycan qeyri-işlək bank kreditlərinin xüsusi çəkisini 2 dəfəyə yaxın azaltmağı planlaşdırır

82

Maliyyə dərinliyinin 60% təşkil etməsi nəzərdə tutulur

Bakı. 15 dekabr. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarında daha sağlam risk idarəetməsinin təmin edilməsi nəticəsində maliyyə dərinliyinin (cari kreditlərin qeyri-neft ÜDM-ə nisbəti) 60% təşkil etməsi, qeyri-işlək kredit (QİK) əmsalının mövcud 14%-dən 8%-dək endirilməsi hədəflənir.

"Report" bu barədə "Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi"nə istinadən xəbər verir.

Bankların risk profilində əsas yeri kredit riskləri təşkil edir. 2011-ci ildən 2015-ci ilədək QİK əmsalı ən yüksək həddinə çatıb. Belə ki, 2015-ci ildə cəmi portfel üzrə QİK əmsalı 13,9% təşkil etdiyi halda, Türkiyədə müvafiq göstərici 2,8% olub. 2016-cı ilin I rübündə Azərbaycanda cəmi portfel üzrə QİK əmsalı 16,8%-ə (milli valyuta portfeli üzrə 11,3%, xarici valyuta portfeli üzrə 22,4%) çatıb.

Banklarda sağlam risk idarəetmə təcrübəsinin tətbiq edilməsinin 2020-ci ildə real ÜDM-ə təsiri 205 mln. manat birbaşa və 30 mln. manat dolayı olmaqla, ümumilikdə 235 mln. manat həcmində qiymətləndirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi