Yuxarı

Emin Hüseynov: “Azərbaycan qarşıdakı 5 il üçün yeni iqtisadi strategiya hazırlayır”

Azərbaycan qarşıdakı 5 il üçün yeni iqtisadi strategiya hazırlayır

Azərbaycan beynəlxalq ekspertlərin iştirakı ilə qarşıdakı 5 il üçün yeni iqtisadi strategiya hazırlayır.

“Report” xəbər verir ki, bunu Vaşinqtonda keçirilən dinləmələrdə Birinci vitse-prezidentin köməkçisi Emin Hüseynov deyib.

E.Hüseynov bu strategiyanın hazırlanmasında əsas tərəfdaşın Dünya Bankı olacağına ümid etdiyini bildirib. Onun fikrincə, Azərbaycanın strateji yol xəritələri, mövcud iqtisadi inkişaf planı McKinsey ilə Azərbaycan hökuməti birgə hazırlayıb.

“Azərbaycanlı rəsmilər yeni iqtisadi strategiyanın hazırlanmasını daha da açıq şəkildə aparmaq istəyirlər ki, bu da müxtəlif mənbələrdən gələn rəylərdən ibarətdir”, - deyə Birinci vitse-prezidentin köməkçisi bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi