Yuxarı
    Bağlamaq

    Azərbaycan Prezidenti Avropa Komissiyası ilə maliyyələşdirmə sazişinin imzalanması ilə bağlı fərman verib

    XİN bu sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Avropa Komissiyasına bildiriş göndərməlidir

    Bakı. 31 dekabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası ilə Avropa Komissiyası arasında Avropa Qonşuluq Aləti çərçivəsində Azərbaycanın Əlaqəli Regional İnkişafı Proqramına dair Maliyyələşdirmə Sazişinin təsdiqi barədə fərman imzalayıb. 

    “Report” xəbər verir ki, fərmana əsasən, Azərbaycan Respublikası ilə Avropa Komissiyası arasında Avropa Qonşuluq Aləti çərçivəsində Azərbaycanın Əlaqəli Regional İnkişafı Proqramına dair Maliyyələşdirmə Sazişi təsdiq edilir. Azərbaycan İqtisadiyyat Nazirliyi bu fərmanın 1-ci hissəsində göstərilən sazişin müddəalarının həyata keçirilməsi üçün tədbirlər görməlidir.

    Azərbaycan Xarici İşlər Nazirliyi həmin sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Avropa Komissiyasına bildiriş göndərməlidir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi