Yuxarı

​Azərbaycan prezidenti 2015-ci il dövlət büdcəsinin icrası haqqında qanunu təsdiqləyib

Dövlət büdcəsinin gəlirləri 90%, xərcləri isə 84,3% səviyyəsində icra olunub

Bakı. 10 iyun. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev 2015-ci il dövlət büdcəsinin icrası haqqında qanunu təsdiq edib.

"Report"un verdiyi xəbərə görə, 2015-ci il dövlət büdcəsinin icrası gəlirlər 17 497 964,7 min manat, xərclər 17 784 535,2 min manat məbləğində olmaqla təsdiq edilib.

Qeyd edək ki, 2015-ci ildə dövlət büdcəsinin gəlirləri 19,438 mlrd. manat proqnoza qarşı 17,498 mlrd. manat və ya 90,0% icra olunub.

Ötən il büdcə gəlirlərinin 41,6%-ni qeyri-neft sektoru hesabına formalaşıb ki, bu da 2014-cü illə müqayisədə 7,6 faiz bəndi, 2013-cü illə müqayisədə isı 14,7 faiz bəndi çoxdur.

Hesabat ilində dövlət büdcəsinin xərcləri 21,100 mlrd. manat proqnoza qarşı 17,785 mlrd. manat və ya 84,3% icra edilib. ÜDM-də dövlət büdcəsi xərclərinin xüsusi çəkisi 32,7% təşkil edib.

Strukturuna görə 2015-ci il dövlət büdcəsi xərclərinin 9,763 mlrd. manatı və ya 54,9%-i cari xərclərə, 7,317 mlrd. manatı və ya 41,1%-i əsaslı xərclərə, 704,5 mln. manatı və ya 4,0%-i dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı məsrəflərə yönəldilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi