Yuxarı
    Bağlamaq

    Azərbaycan parlamenti Rusiya ilə sərmayələrin təşviqi və qorunmasına dair sazişi ratifikasiya edib

    Sazişə əsasən, tərəflər bir-birinin sərmayələrini qəbul və onun tam qorunmasını təmin etməlidir

    Bakı. 16 dekabr. REPORT.AZ/ Milli Məclisin (MM) bugünkü iclasında "Azərbaycan hökuməti ilə Rusiya hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında" saziş təsdiq edilib. "Report"un xəbərinə görə, saziş barədə məlumat verən MM-in İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, layihə əsasən iki ölkə arasında sərmayələrin qorunması və təşviqi, sərmayə axınına təkan verəcək, qarşılıqlı faydalı iqtisadi-ticarət və elmi-texniki əlaqələrin inkişafına, həmçinin hər iki dövlətdə işgüzar təşəbbüslərin yaranmasına imkan yaradacaq.

    Sazişə əsasən, ümumi razılıqla tərəflər hər birinin sərmayəçilərinə öz dövlətinin ərazisində sərmayələrini həyata keçirmək üçün əlverişli şəraitin yaradılmasına səy göstərir və mövcud qanunvericiliyə uyğun olaraq bu cür sərmayələri qəbul edir və həmin sərmayələrin tam qorunmasını təmin edir.

    Sənəddə qeyd olunur ki, tərəflərdən biri baş verən müharibə, mülki çaxnaşmalar və ya digər oxşar vəziyyət nəticəsində ziyan çəkirsə, qarşı tərəf ona münasibətdə restitusiya, əvəzin ödənilməsi, kompensasiya və ya hər hansı başqa ödənişlərlə bağlı rejim tətbiq edir və bu, həmin dövlətin belə zərərlə bağlı öz sərmayəçilərinə və ya üçüncü dövlətin sərmayəçilərinə münasibətdə tətbiq etdiyi rejimdən az əlverişli olmayacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi