​Azərbaycan parlamenti Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinə üzvlüyünü təsdiq edib

​Azərbaycan parlamenti Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinə üzvlüyünü təsdiq edib Milli Məclisin plenar iclasında Xəqani Abdullayevin də AMB-nin İdarə Heyətinin üzvü vəzifəsinə namizədliyi müzakirə edilərək qəbul olunub
Maliyyə
3 Aprel , 2015 12:42
​Azərbaycan parlamenti Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinə üzvlüyünü təsdiq edib

Bakı. 3 aprel. REPORT.AZ/ Bu gün Milli Məclisin plenar iclasında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmovun yenidən AMB-nin İdarə Heyətinə üzvlüyü müzakirə olunaraq təsdiq edilib.

"Report"un verdiyi xəbərə görə, E.Rüstəmovun namizədliyi artıq 5-ci dəfədir ki, prezident tərəfindən təklif edilir.

Xatırladaq ki, E.Rüstəmov 1992-ci ilin dekabrında Azərbaycan Respublikası Milli Bankı İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə, 1995-ci ilin yanvarında prezidentin sərəncamı ilə Azərbaycan Milli Bankı İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.

2000-ci ilin aprelində 5 il müddətinə, daha sonra 2005-ci və 2010-cu illərdə daha 5 il müddətinə Milli Bankın İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub. O, həmçinin Dünya Bankının Azərbaycan üzrə sədridir.

E.Rüstəmov 1973-cü ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu "Xalq təsərrüfatının planlaşdırılması" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1986-cı ildən iqtisad elmləri namizədidir, 1990-cı ildən 1992-ci ilədək Moskva şəhərində doktoranturada təhsil alıb.

2011-ci ildə Lomonosov adına Moskva Dövlət Universitetində "Dünya iqtisadiyyatı" ixtisası üzrə iqtisadiyyat elmləri doktoru dərəcəsini alıb. İqtisadiyyat, maliyyə və bank işi üzrə çoxsaylı elmi məqalələrin və nəşrlərin müəllifidir.

2012-cı ilin fevral ayında Azərbaycanın bank işinin inkişaf etdirilməsindəki xidmətinə görə "Şöhrət"ordeni ilə təltif edilib.

Bundan başqa, iclasda Xəqani Abdullayevin də AMB-nin İdarə Heyətinin üzvü vəzifəsinə namizədliyi müzakirə edilərək qəbul olunub.

Son xəbərlər

Orphus sistemi