Azərbaycan parlamenti DSMF-nin yeni büdcəsini təsdiq edib

Azərbaycan parlamenti DSMF-nin yeni büdcəsini təsdiq edib Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il üçün gəlirləri və xərcləri 3,307 mlrd. manat həcmində təsdiqlənib
Maliyyə
23 Fevral , 2016 14:33
Azərbaycan parlamenti DSMF-nin yeni büdcəsini təsdiq edib

Bakı. 23 fevral. REPORT.AZ/ Bu gün "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında" qanunda dəyişikliklər parlamentin plenar iclasında müzakirə olunub.

"Report"un verdiyi xəbərə görə, DSMF-nin sədri Elman Mehdiyev bildirib ki, dəyişikliklər pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsinə əlavə imkanlar yaradacaq.

Dürüstləşdirilmiş büdcədə Fondun 2016-cı il gəlirləri və xərcləri 3 307,360 mln. manat nəzərdə tutulur ki, bu da 2016-cı il üçün təsdiq olunmuş ilkin proqnoz göstəricisindən 7,4% çoxdur. Gəlirlərin gözlənilən artımının 82,8 mln. manatının və ya 36,2%-nin məcburi dövlət sosial sığorta haqları hesabına, 146 mln. manatı və ya 63,8%-nin isə dövlət büdcəsindən ayrılacaq transfert hesabına təmin edilməsi nəzərdə tutulur.

Bu ilin dürüstləşdirilmiş büdcəsində əhaliyə ödənişlər 3 239 mln. manat nəzərdə tutulur ki, bu da təsdiq olunmuş ilkin proqnoz göstəricisindən 7,6% və ya 227,8 mln. manat artıqdır. Əmək pensiyaları ödənişləri ilə bağlı xərclər 3 136,1 mln. manat olmaqla, təsdiq olunmuş ilkin proqnoz göstəricisinə nisbətən 7,3% və ya 212,5 mln. manat çoxdur.

Qeyd edək ki, iclas zamanı millət vəkilləri dəyişikliklərin təsdiq edilməsinin lehinə səs veriblər.

Son xəbərlər

Orphus sistemi