Azərbaycan parlamenti dövlət büdcəsinə dəyişiklikləri təsdiq edib - YENİLƏNİB

Azərbaycan parlamenti dövlət büdcəsinə dəyişiklikləri təsdiq edib - YENİLƏNİB İcmal büdcənin gəlirləri 15,739 mlrd. manat, xərcləri isə 24,567 mlrd. manat həcmində təsdiq olunub
Maliyyə
23 Fevral , 2016 14:17
Azərbaycan parlamenti dövlət büdcəsinə dəyişiklikləri təsdiq edib - YENİLƏNİB

İlk xəbər saat 14:10-da verilib

Bakı. 23 fevral. REPORT.AZ/ Azərbaycan Milli Məclisi bu gün keçirdiyi plenar iclasda 2016-cı il dövlət büdcəsinə dəyişiklikləri təsdiq edib.

***

"Report" xəbər verir ki, 2016-cı il dövlət büdcəsinin gəlirləri 16 822,0 mln. manat həcmində təsdiqlənib. Büdcə gəlirlərinin 7 615,0 mln. manatı və ya 45,3%-i Dövlət Neft Fondundan (ARDNF) transfertin, 7 010 mln. manatı və ya 41,7%-i Vergilər Nazirliyinin xətti ilə daxilolmaların, 1 810,0 mln. manatı və ya 10,7%-i Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 387,0 mln. manatı və ya 2,3%-i sair daxilolmaların payına düşür.

ARDNF-dən dövlət büdcəsinə transfertin məbləği manat ifadəsində 1 615,0 mln. manat və ya 26,9% artırılıb, ABŞ dolları ifadəsində isə 1 000,0 mln. dollar azaldılıb.

Büdcə daxilolmalarının tərkibində qeyri-neft sektoru üzrə gəlirlər 7 597,0 mln. manat və ya 45,2% nəzərdə tutulur.

Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7 010,0 mln. manat daxilolma nəzərdə tutulur. Proqnozlaşdırılan daxilolmaların 23,0%-i və ya 1 610,0 mln. manatı neft sektoru, 77,0%-i və ya 5 400,0 mln. manatı qeyri-neft sektorunun payına düşür.

Dövlət Gömrük Komitəsinin xətti ilə təmin edilən dəqiqləşdirilmiş daxilolmaların proqnozu 1 810,0 mln. manat təşkil edir, sair gəlirlər üzrə daxilolmalar 75,0 mln. manat proqnozlaşdırılır.

Qeyd edək ki, 2016-cı il üçün dəqiqləşdirilmiş dövlət və icmal büdcələrinin hesablanması zamanı xam neftin satış qiyməti 25 dollar/barel götürülüb.

Cari ilin dövlət büdcəsində məxaric 18 495,0 mln. manat təşkil edəcək.

Sosial tədbirlərin maliyyə təminatı üçün dəqiqləşdirilmiş dövlət büdcəsinin xərclərində əlavə olaraq 1 290,0 mln. manat vəsait nəzərdə tutulub ki, bununla da dövlət büdcəsində sosialyönümlü xərclərin xüsusi çəkisi 1,7 faiz bəndi artaraq 37,8% təşkil edəcək.

Büdcə xərclərinin 65,5%-ni və ya 12 105,6 mln. manatını cari xəcrlər, 24,9%-ni və ya 4 614,3 mln. manatını əsaslı xərclər, 9,6%-ni və ya 1 775,1 mln. manatını dövlət borclarına xidmətlə bağlı xərclər təşkil edəcək. Büdcə kəsirinin yuxarı həddi 1 673,0 mln. manat təşkil edəcək.

Müdafiə xərcləri 2 228,835 mln. manat nəzərdə tutulub.

Nəticədə icmal büdcənin gəlirləri 15 738,6 mln. manat, xərclər isə 24 566,6 mln. manat həcmində təsdiq edilib.

Yenidən baxılma ilə icmal büdcənin kəsiri 8 828,0 mln. manat, Dövlət Neft Fondunun gəlirləri nəzərə alınmadan icmal büdcənin kəsiri isə 12 309,3 mln. manat təşkil edəcək.

Son xəbərlər

Orphus sistemi