Yuxarı
    Bağlamaq

    Azərbaycan parlamenti 2016-cı il dövlət büdcəsinin icrasını təsdiq edib

    Nazir: Hazırda neftdən asılılığın aradan qaıdırlması istiqamətində mühüm tədbirlər görülür© Report.az

    Bakı. 31 may. REPORT.AZ/ "Hazırda 2017-ci il dövlət büdcəsinin icrası davam edir, neftdən asılılığın aradan qaldırlması istiqamətində mühüm tədbirlər görülür. Yeni fiskal qaydalar və dövlət borcunun idarə edilməsi üzrə strategiya hazırlanır".

    "Report"un verdiyi xəbərə görə, bunu Milli Məclisin bugünkü plenar iclasında 2016-cı il dövlət büdcəsinin icrası haqqında qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov bildirib. 

    S.Şərifov qeyd edib ki, ötən ilin ağır il olmasına baxmayaraq, büdcənin mühüm sosial vəzifələrinin icrasına nail olunub: "İqtisadiyyatın yeni reallıqlara adaptasiyası baş verib. Bu, həm dövlət, həm də özəl subyektlərə aiddir".

    Onun sözlərinə görə, dividendlərdlə bağlı proqnoz göstəricinin icra olunmaması maliyyə sektorundakı itkilərlə bağlı olub: "Dividendlər maliyyə sektorunda fəaliyyət göstərən maliyyə qurumları tərəfindən həyata keçirilir. Ötən il bank sektoru üçün ağır il olub. Devalvasiya nəticəsində itkilər vardı, bununla bağlı dividendlərin ödənilməsində azalma olub". 

    Nazir əlavə edib ki, cari ilin büdcəsində özəlləşdirmə ilə bağlı vəzifələr qoyulub: "Lakin sosial sektorun problemlərini nəzərə almalıyıq. Səhiyyə sahəsində bəzi tədbirlərin görülməsiilə bağlı qərarlar verilib. Bu sahədə böyük işçi qüvvəsi var. Bu sahənin özəlləşməsinə daha həssas yanaşılmalıdır".

    S.Şərifov icbari tibbi sığorta ilə bağlı bildirib ki, artıq iki regionda Mingeçivir və Yevlaxda layihə uğurla həyata keçirilir və layihə digər regionaları da mərhələli şəkildə əhatə edəcək: "Dövlət Neft Fondundan büdcəyə transfertin azaldılması ənənəsinə 2016-cı ildə də sadiq qalınıb". 

    Nazir siyasi partiyalara vəsaitlərin ayrılması məsələsinə də toxunub və bildirib ki, vəsait qanuna müvafiq ayrılıb və burada hər hansı probelm yoxdur. 

    İclasın yekununda 2016-cı il dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsi təsdiq olunub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi