Yuxarı
    Bağlamaq

    Azərbaycan ötən ilin son 4 ayında 10 ton qızıl satıb

    Azərbaycan qızıl ehtiyatlarına görə dünyada 62-ci yeri tutur

    Bakı. 4 may. REPORT.AZ/ Azərbaycan 2016-cı ilin sentyabr-dekabr aylarında 10,2 ton və ya 322 784 unsiya qızıl satışı həyata keçirib. "Report" "World Gold Council"un (Ümumdünya Qızıl Şurası) açıqladığı may hesabatına istinadən xəbər verir ki, Azərbaycan 2016-cı il sentyabr ayında 1 ton (31 645 unsiya), oktyabrda 4,2 ton (132 911 unsiya), noyabrda 3 ton (94 937 unsiya) və dekabrda 2 ton (63 291 unsiya) qızıl satıb.

    Satışlardan sonra Azərbaycan qızıl ehtiyatlarına görə dünya ölkələrinin siyahısında 62-ci yerdə qərarlaşıb. Qeyd edək ki, satışlardan sonra Azərbaycanın qızıl ehtiyatları məcmu ehtiyatların 12,1%-ni təşkil edib.

    Hesabata görə, qızıl ehtiyatlarının həcminə görə ilk sırada ABŞ (8 133,5 ton) qərarlaşıb və bu onun məcmu ehtiyatlarının 75,1%-ni təşkil edib. İkinci sıranı Almaniya (3 377,9 ton, 69,4%), üçüncü sıranı isə Beynəlxalq Valyuta Fondu (IMF, 2 814 ton) tutub. Rusiya qızıl ehtiyatlarına görə 7-ci sıradadır (1 680,1 ton, 16,9%). Türkiyənin qızıl ehtiyatları isə 427,8 ton təşkil edir (16,2%) və bu sıralamada 13-cü yerdədir.

    Xatırladaq ki, ARDNF martın 10-da Ümumdünya Qızıl Şurasının Azərbaycanın qızıl ehtiyatlarını satması ilə bağlı yaydığı məlumatın doğru olmadığını açıqlayıb. Qurumdan “Report”a ARDNF tərəfindən alınmış qızılın ümumi miqdarının 30,2 ton təşkil etdiyi bildirilib: “Alınmış qızıl Azərbaycana gətirilərək, saxlanması üçün Mərkəzi Bankda yerləşdirilib. Ötən ildən etibarən qızılın ehtiyatda saxlanılması üçün AMB-nin xəzinəsindən hissə-hissə ARDNF-in xəzinəsinə köçürülməsinə başlanılıb. Fondun qızıl ehtiyatlarını satması ilə bağlı məlumatlar həqiqətə uyğun deyil. Hazırda Fond tərəfindən qızıl ehtiyatlarının satılması nəzərdə tutulmur".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi