Azərbaycan növbəti 3 ilə ECOSAI-ın İdarə Heyətinə üzv seçilib

Azərbaycan növbəti 3 ilə ECOSAI-ın İdarə Heyətinə üzv seçilib Hesablama Palatasının sədr müavini ECOSAI təşkilatının Assambleyası və Simpoziumunda iştirak edib
Maliyyə
24 Oktyabr , 2016 17:24
Azərbaycan növbəti 3 ilə ECOSAI-ın İdarə Heyətinə üzv seçilib

Bakı. 24 oktyabr. REPORT.AZ/ Azərbaycan Hesablama Palatası növbəti 2016-2019-cu illər üzrə İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin Ali Audit Qurumları Birliyinin (ECOSAI) İdarə Heyətinə üzv seçilib. 

"Report" bu barədə  Hesablama Palatasına istinadən xəbər verir. 

Hesablama Palatasının sədr müavini Adil Məhərrəmovun başçılıq etdiyi nümayəndə heyəti ECOSAI təşkilatının Ankarada keçirilən VII Assambleyası və VII Simpoziumunda iştirak edib.

Tədbirdə ECOSAI-ın 2016-2021-ci illər üzrə Strateji Planı, ECOSAI-a üzv AAQ-lar arasında əməkdaşlıq sazişlərinin imzalanması və birgə auditlərin keçirilməsi, habelə ECOSAI-ın INTOSAI təşkilatının regional təşkilatı olması istiqamətində gələcək fəaliyyətlərin gücləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Hesablama Palatası nümayəndə heyətinin rəhbəri A.Məhərrəmov ECOSAI-ın 2016-2021-ci illər üzrə yeni Strateji Planı ilə bağlı təklifləri dilə gətirib, eyni zamanda üzv AAQ-lar arasında ikitərəfli əməkdaşlıq və dostluq münasibətlərinin gücləndirilməsi kimi məsələlərə toxunub.

Son xəbərlər

Orphus sistemi