Yuxarı

Azərbaycan Neft Fondu banklara 50 mln. dollar satıb

Bu vəsait 21 kommersiya bankı tərəfindən alınıb

Bakı. 7 aprel. REPORT.AZ/ Bu gün Azərbaycan Mərkəzi Bankı tərəfindən keçirilən müntəzəm valyuta hərracına Dövlət Neft Fondu (ARDNF) tərəfindən 50 mln. ABŞ dolları məbləğində vəsait satışa çıxarılıb.

"Report" Fonda istinadən xəbər verir ki, bu vəsait 21 kommersiya bankına satılıb.

"İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək", - deyə ARDNF-dən qeyd olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi