“Azərbaycan Mikro-Kredit”in aktivləri 23% azalıb

“Azərbaycan Mikro-Kredit”in aktivləri 23% azalıb Bakı. 1 may. REPORT.AZ/ “Azərbaycan Mikro-Kredit” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri illik müqayisədə 23,2% azalaraq bu il yanvarın 1-nə 3,156 mln. manat təşkil edib.
Maliyyə
1 May , 2018 11:30
“Azərbaycan Mikro-Kredit”in aktivləri 23% azalıb

Bakı. 1 may. REPORT.AZ/ “Azərbaycan Mikro-Kredit” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri illik müqayisədə 23,2% azalaraq bu il yanvarın 1-nə 3,156 mln. manat təşkil edib.

“Report” bu barədə BOKT-un maliyyə hesabatına istinadən xəbər verir. 

Ötən il “Azərbaycan Mikro-Kredit”in müştərilərə verdiyi kreditlər 25,1% azalaraq 2,892 mln. manata düşüb. 

Hesabat dövründə “Azərbaycan Mikro-Kredit”in cəmi öhdəlikləri 71,7% azalaraq 819 min manata, o cümlədən borc vəsaitləri 72,3% azalaraq 799 min manata düşüb. Əvəzində BOKT-un cəmi kapitalı 92,5% artaraq 2,337 mln. manata, o cümlədən nizamnamə kapitalı 96,75% artaraq 2,237 mln. manata çatıb.

“Azərbaycan Mikro-Kredit” 2017-ci ildə 100 min manat xalis mənfəət əldə edib. Bu, 2016-cı ilə nisbətən təxminən 12% çoxdur. 

Son xəbərlər

Orphus sistemi