Yuxarı
    Bağlamaq

    ​Azərbaycan Mərkəzi Bankının xalis xarici aktivləri 27% azalıb

    Rəsmi beynəlxalq ehtiyatlar üzrə isə illik azalma 44% olub

    Bakı. 11 iyun. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının (AMB) xalis xarici aktivlərinin həcmi 2015-ci il may ayının 1-nə 8 821,5 mln. manat təşkil edib. Bu, aprelin 1-nə olan analoji göstəricidən 533 mln. manat və ya 5,7% azdır. Keçən ilin müvafiq dövrü ilə müqayisədə isə azalma 3 332 mln. manat və ya 27,4% olub.

    Bu barədə "Report"a AMB-dən məlumat verilib.

    AMB-nin rəsmi beynəlxalq ehtiyatlarının həcmi isə mayın 1-i vəziyyətinə 8 387,9 mln. ABŞ dolları təşkil edib. Aprelin1-i ilə müqayisədə bu göstərici üzrə 1 084,2 mln. dollar və ya 11,4% azalma müşahidə olunub. Keçən ilin müvafiq dövrü ilə müqayisədə isə azalma 6 483,2 mln. dollar və ya 43,6% olub.

    "Report"un analitik qrupu hesab edir ki, AMB-nin xalis xarici aktivlərində azalma tendensiyasının davam etməsi xarici valyuta əməliyyatlarının azalmasını əks etdirir . Valyuta əməliyyatlarının həcminin azalması isə valyuta bazarının bir qədər stabilləşməsi ilə izah olunur.

    "Bununla yanaşı, rəsmi beynəlxalq ehtiyatların həcminin azalması daxili bazarda valyutaya olan tələbat və idxal əməliyyatlarının maliyyələşdirilməsi səbəbindən baş verir. Valyuta depozitləri həcminin aprel ayında 920 mln. dollar artması daxili bazarda valyutaya olan tələbatın hələ də tam səngimədiyini göstərir. İdxal əməliyyatlarının maliyyələşdirilməsi üçün sərf olunan valyuta rəsmi beynəlxalq ehtiyatların azalmasının səbəblərindən biridir", - deyə analitiklər bildirir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi