Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları yenidən azalmağa başlayıb

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları yenidən azalmağa başlayıb Bakı. 4 may. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları bu il mayın 1-nə 5 465,8 mln. ABŞ dolları təşkil edib.
Maliyyə
4 May , 2018 16:30
Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları yenidən azalmağa başlayıb

Bakı. 4 may. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları bu il mayın 1-nə 5 465,8 mln. ABŞ dolları təşkil edib.

“Report” AMB-yə istinadən xəbər verir ki, bu, aprelin 1-i ilə müqayisədə 42,2 mln. dollar və yaxud 0,77% azdır.

İlin əvvəlinə nisbətən isə qurumun valyuta ehtiyatları 131,2 mln. dollar və yaxud 2,46%, son 1 ildə isə 846,5 mln. dollar və yaxud 18,33% artıb.

Xatırladaq ki, AMB-nin valyuta ehtiyatları 2016-cı ilin dekabr ayından bəri ilk dəfədir ki, azalma nümayiş etdirir. 

Son xəbərlər

Orphus sistemi