​Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları iyunda azalıb

​Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları iyunda azalıb İlk yarımildə azalma 15%-ə çatır
Maliyyə
1 İyul , 2016 16:52
​Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları iyunda azalıb

Bakı. 1 iyul. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatları 2016-cı il iyulun 1-nə 4 283,9 mln. ABŞ dolları təşkil edib. "Report" AMB-yə istinadən xəbər verir ki, rəsmi valyuta ehtiyatlarının həcmi iyunun 1-nə olan göstərici ilə müqayisədə 400 min dollar və ya 0,01% azalıb.

Qeyd edək ki, 2016-cı il yanvarın 1-nə olan rəsmi valyuta ehtiyatlarının həcmi ilə müqayisədə azalma 727,4 mln. dollar və ya 14,6% təşkil edib. Keçən ilin analoji dövrünə nisbətən isə ehtiyatlar 4 236,3 mln. dollar və ya 49,7% azalıb.

Son xəbərlər

Orphus sistemi