Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları iyunda artıb

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları iyunda artıb AMB-nin rəsmi valyuta ehtiyatlarının həcmi iyulun 1-nə 8,52 mlrd. dollara çatıb
Maliyyə
7 İyul , 2015 13:45
Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları iyunda artıb

Bakı. 7 iyul. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatlarının həcmi 2015-ci il iyulun 1-nə 8 520,2 mln. ABŞ dolları təşkil edib.

AMB-dən "Report"a verilən məlumata görə, iyun ayının 1-nə olan analoji göstərici ilə müqayisədə valyuta ehtiyatları 89,4 mln. dollar və ya 1% artıb.

Qeyd edək ki, cari ilin əvvəlindən valyuta ehtiyatları 5 238,1 mln. dollar və ya 38%, keçən ilin anoloji dövrü ilə müqayisədə isə 6 642,9 mln. dollar və ya 43,8% azalıb.

Son xəbərlər

Orphus sistemi