Yuxarı
    Bağlamaq

    Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları daha 9% azalıb

    Keçən ilin müvafiq dövrü ilə müqayisədə azalma 63%-i ötüb

    Bakı. 4 mart. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatları 2016-cı ilin fevral ayı ərzində 372,2 mln. ABŞ dolları və ya 8,46% azalaraq martın 1-nə 4 026,3 mln. dollar təşkil edib.

    "Report"un AMB-yə istinadən verdiyi xəbərə görə, valyuta ehtiyatlarında keçən ilin analoji dövrü ilə müqayisədə 63,41% və ya 6 978,1 mln. dollar azalma müşahidə olunub.

    Qeyd edək ki, 2015-ci il martın 1-nə AMB-nin rəsmi valyuta ehtiyatları 11 004,4 mln. dollar təşkil edib. Martdan azalmağa başlayan ehtiyatlar aprelin 1-nə 9 472,1 mln. dollar, mayın 1-nə 8 387,9 mln. dollar, iyunun 1-nə 8 430,8 mln. dollar olub. İyunda nisbətən artan valyuta ehtiyatlarının həcmi iyulun 1-nə 8 520,2 mln. dollara qalxsa da, daha sonra, iyul-avqust aylarında azalma davam edib. Ehtiyatların həcmi avqustun 1-nə 8 501,5 mln. dollara, sentyabrın 1-nə 7 315,4 mln. dollara, oktyabrın 1-nə 7 044,2 mln. dollara, noyabrın 1-nə 6 834,6 mln. dollara, dekabrın 1-nə 6 245,6 mln. dollara, bu ilin yanvarın 1-nə 5 016,7 mln. dollara, fevralın 1-nə isə 4 398,5 mln. dollara enib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi