Yuxarı

​Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları artıb

İllik müqayisədə isə azalma 44%-i üstələyib

Bakı. 3 iyun. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatlarının həcmi 2015-ci il iyun ayının 1-nə 8 430,8 mln. ABŞ dolları təşkil edib.

"Report"un AMB-yə istinadən verdiyi xəbərə görə, bu, mayın 1-nə olan göstərici ilə müqayisədə 42,9 mln. dollar və ya 0,5% çoxdur. 

Keçən ilin müvafiq dövrü ilə müqayisədə isə rəsmi valyuta ehtiyatları 6 660,5 mln. dollar və ya 44,1% azalıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi