Yuxarı
    Bağlamaq

    Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları bir qədər də artıb

    Bu rəqəm aprelin 1-nə 4 432,7 mln. dollar olub© Report

    Bakı. 4 aprel. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları bu il aprelin 1-nə 4 432,7 mln. ABŞ dolları təşkil edib.

    “Report” AMB-yə istinadən xəbər verir ki, bu, martın 1-i ilə müqayisədə 63,4 mln. dollar və yaxud 1,5% çoxdur.

    İlin əvvəli ilə müqayisədə qurumun valyuta ehtiyatları 458,3 mln. dollar və yaxud 11,5%, son 1 ildə isə 366,9 mln. dollar və yaxud 9% artıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi