Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları apreldə artıb

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları apreldə artıb Aprel ayındakı artım 1,3% təşkil edib
Maliyyə
2 May , 2016 16:31
Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları apreldə artıb

Bakı. 2 may. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatları 2016-cı il mayın 1-nə 4 120,6 mln. ABŞ dolları təşkil edib. "Report" AMB-yə istinadən xəbər verir ki, rəsmi valyuta ehtiyatlarının həcmi aprelin 1-nə olan göstərici ilə müqayisədə 54,8 mln. dollar və ya 1,34% artıb.

Qeyd edək ki, 2016-cı il yanvarın 1-nə olan rəsmi valyuta ehtiyatlarının həcmi ilə müqayisədə azalma 896,1 mln. dollar və ya 17,9% təşkil edib. Keçən ilin analoji dövrünə nisbətən isə ehtiyatlar 4 267,3 mln. dollar və ya 50,0% azalıb.

Son xəbərlər

Orphus sistemi