Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 5 mlrd. dollara yaxınlaşır

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 5 mlrd. dollara yaxınlaşır AMB-nin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 21% artıb
Maliyyə
2 İyun , 2017 17:06
Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 5 mlrd. dollara yaxınlaşır
Report

Bakı. 2 iyun. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları bu il iyunun 1-nə 4 825,4 mln. ABŞ dolları təşkil edib.

“Report” AMB-yə istinadən xəbər verir ki, bu, mayın 1-i ilə müqayisədə 206,1 mln. dollar və yaxud 4,5% çoxdur.

Qurumun valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 851 mln. dollar və yaxud 21,4%, son bir ildə isə 541,1 mln. dollar və yaxud 12,6% artıb.

Son xəbərlər

Orphus sistemi