​Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 44% azalıb

​Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 44% azalıb Son bir ayda isə azalma 11% olub
Maliyyə
8 May , 2015 11:41
​Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 44% azalıb

Bakı. 8 may. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatları bu ilin may ayının 1-nə 8 387,9 mln. ABŞ dolları təşkil edib.

AMB-dən "Report"a verilən xəbərə görə, bu, aprelin 1-i ilə müqayisədə 1 084,2 mln. dollar və ya 11,4% azdır.

Keçən ilin müvafiq dövrünə nisbətən müqayisədə valyuta ehtiyatları üzrə 6 483,2 mln. dollar və ya 43,6%, ilin əvvəlindən etibarən isə 5 370,4 mln. dollar və ya 39% azalma qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi