Azərbaycan Mərkəzi Bankının rəsmi valyuta ehtiyatları daha 12% azalıb

Azərbaycan Mərkəzi Bankının rəsmi valyuta ehtiyatları daha 12% azalıb Valyuta ehtiyatları son bir ildə 65% azalıb
Maliyyə
2 Fevral , 2016 18:09
Azərbaycan Mərkəzi Bankının rəsmi valyuta ehtiyatları daha 12% azalıb

Bakı. 2 fevral. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatları 2016-ci ilin yanvar ayı ərzində 618,2 mln. ABŞ dolları və ya 12,32% azalaraq fevralın 1-nə 4 398,5 mln. dollar təşkil edib.

"Report"un AMB-yə istinadən verdiyi xəbərə görə, valyuta ehtiyatlarında keçən ilin analoji dövrü ilə müqayisədə 65,31% və ya 8 282,3 mln. dollar azalma müşahidə olunub.

Qeyd edək ki, 2015-ci il yanvarın 1-nə AMB-nin rəsmi valyuta ehtiyatları 13 758,3 mln. dollar təşkil edib. Yanvardan azalmağa başlayan ehtiyatlar fevralın 1-nə 12 680,8 mln. dollar, martın 1-nə 11 004,4 mln. dollar, aprelin 1-nə 9 472,1 mln. dollar, mayın 1-nə 8 387,9 mln. dollar, iyunun 1-nə 8 430,8 mln. dollar olub. İyunda nisbətən artan valyuta ehtiyatlarının həcmi iyulun 1-nə 8 520,2 mln. dollara qalxsa da, daha sonra, iyul-avqust aylarında azalma davam edib. Ehtiyatların həcmi avqustun 1-nə 8 501,5 mln. dollara, sentyabrın 1-nə 7 315,4 mln. dollara, oktyabrın 1-nə 7 044,2 mln. dollara, noyabrın 1-nə 6 834,6 mln. dollara, dekabrın 1-nə 6 245,6 mln. dollara, yanvarın 1-nə isə 5 016,7 mln. dollara enib.

Son xəbərlər

Orphus sistemi