Azərbaycan Mərkəzi Bankının Məlumat Axtarış Sisteminin təqdimatı keçirilib - YENİLƏNİB

Azərbaycan Mərkəzi Bankının Məlumat Axtarış Sisteminin təqdimatı keçirilib - YENİLƏNİB İlk xəbər saat 15:35-də verilib
Maliyyə
17 May , 2019 15:48
Azərbaycan Mərkəzi Bankının Məlumat Axtarış Sisteminin təqdimatı keçirilib - YENİLƏNİB

İlk xəbər saat 15:35-də verilib

Bakıda keçirilən Maliyyə və Texnologiyalar Sammiti (“Fintex Sammit”) çərçivəsində bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) inzibati binasında qurumun yeni layihəsinin - Məlumat Axtarış Sisteminin (MAS) təqdimatı keçirilib.

"Report" xəbər verir ki, təqdimatı AMB-nin İqtisadi maarifləndirmə şöbəsinin rəisi Ülkər Babayeva edib.

O bildirib ki, yeni sistem müxtəlif informasiyalarla zəngindir.

“Bir neçə ildir ki, maliyyə savadlılığı ilə bağlı portalımız (www.bizimpullar) fəaliyyət göstərir. Bu gün təqdim etdiyimiz MAS da bu istiqamətdə mühüm əhəmiyyətə malikdir və portalın tərkib hissəsidir. Sistem hələ ki, aktiv deyil, üzərində işlər yekunlaşdırıldıqdan sonra yaxın günlərdə istifadəyə veriləcək. Gələn ay onun mobil versiyası da hazır olacaq. 

MAS-a 20-yə yaxın bank və digər təşkilatlar qoşulub. Bu məsələ könüllüdür. Sistemdə vahid mənbədən 3 min məhsul barədə informasiya əldə etmək mümkündür. Burada sadə şablonlardan istifadə edilib. Bir məhsulun bir neçə meyarlar üzrə müqayisəsi həyata keçirilib. Yəni müxtəlif bankların məhsullarını müqayisə etmək mümkündür. Yaxın zamanlarda banklarla yanaşı, bank olmayan kredit təşkilatlarının, ödəniş agentlərinin və maliyyə xidmətləri göstərən digər qurumların da maliyyə məhsullarının və xidmətlərinin bu sistemə qoşulması planlaşdırılır. Ümid edirik ki, yaxın gələcəkdə sistem vasitəsilə onlayn kredit sifariş etməyi də reallaşdıra bilərik. Ümumilikdə, bu yenilik əhalinin maliyyə xidmətlərinə çıxış imkanlarının asanlaşdırılmasına, bu xidmətlərdən istifadənin stimullaşdırılmasına, maliyyə xidmətləri bazarında rəqabətin güclənməsinə, təqdim olunan məhsul və xidmətlərin keyfiyyətinin artırılmasına və şərtlərinin yaxşılaşdırılmasına töhfə verəcək", - deyə o qeyd edib. 

Son xəbərlər

Orphus sistemi