Yuxarı

Azərbaycan Mərkəzi Bankının kommersiya banklarına qarşı tələbi tarixi maksimuma çatıb

Report: Yaxın aylarda banklara tələbin daha da artacağı gözlənilir

Bakı. 5 fevral. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının (AMB) kommersiya banklarına qarşı tələbi 2015-ci ilin dekabr ayı ərzində 508,8 mln. manat və ya 10,38% artaraq 5 410,2 mln. manat təşkil edib. Bununla da banklara verilən kreditlərin həcmi tarixi maksimal həddə çatıb.

Mərkəzi Bankın kommersiya banklarına tələbi 2015-ci ilin yanvarın 1-nə nisbətən 3 931,9 mln. manat və ya 2,65 dəfə artıb.

"Report"un analitik qrupu banklara tələbin artmasını ölkənin bank sektorunda yaranmış likvidlik problemi ilə izah edir və növbəti aylarda bu göstəricinin artacağı ehtimalı olunur. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi