Azərbaycan Mərkəzi Bankının dövriyyədə olan notlarının həcmi azalır

Azərbaycan Mərkəzi Bankının dövriyyədə olan notlarının həcmi azalır Bu günə Azərbaycan Mərkəzi Bankının (AMB) dövriyyədə 874,37 milyon manatlıq notu var.
Maliyyə
25 Aprel , 2019 10:23
Azərbaycan Mərkəzi Bankının dövriyyədə olan notlarının həcmi azalır
Report

Bu günə Azərbaycan Mərkəzi Bankının (AMB) dövriyyədə 874,37 milyon manatlıq notu var.

“Report” AMB-yə istinadən xəbər verir ki, bu rəqəm aprelin 18-də 908,78 milyon manat, aprelin 4-də isə 983,33 milyon manat təşkil edib.

Başqa sözlə, dövriyyədə olan notların həcmi azalmaqdadır. Əvəzində qiymətli kağızların illik gəlirliliyi artmaqdadır. Belə ki, bu günə sözügedən göstərici 8,91%-dir. Bu rəqəm aprelin 18-dı 8,8%, aprelin 4-də isə 7,01% təşkil edib. 

Son xəbərlər

Orphus sistemi