​Azərbaycan Mərkəzi Bankının dollar satışı bu həftə rekord həddə çatıb

​Azərbaycan Mərkəzi Bankının dollar satışı bu həftə rekord həddə çatıb Bu gün AMB banklara əvvəlki 4 günün 50%-i qədər dollar satıb
Maliyyə
13 Noyabr , 2015 17:15
​Azərbaycan Mərkəzi Bankının dollar satışı bu həftə rekord həddə çatıb

Bakı. 13 noyabr. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün cari həftənin ən yüksək gündəlik dollar satışını həyata keçirib. Belə ki, noyabrın 13-də AMB-nin kommersiya banklarına dollar satışı 122 mln.-a yüksəlib. Qeyd edək ki, satışın həcmi keçən həftənin cümə günündən, yəni noyabrın 6-dan etbarən artmağa başlayıb və bu gün də daxil olmaqla ümumilikdə 363 mln. dollara çatıb.

"Report"un analitik qrupu qeyd edir ki, noyabrın 6-da AMB 49 mln. dollar, noyabrın 10-da 94 mln. dollar (noyabrın 9-u qeyri-iş günü olub), noyabrın 11-də 37 mln. dollar, noyabrın 12-də isə 61 mln. dollar həcmində satış həyata keçirib.

Satışın artmasının əsas səbəbi kimi dünya bazarında dolların mövqelərinin möhkəmlənməsi prosesinin davam etməsi ehtimalları və neftin qiymətinin yenidən azalmağa başlaması amilləri sadalanır.

Qeyd edək ki, dekabr ayında ABŞ-da uçot dərəcəsinin artırılması ehtimalının güclənməsi dollara olan tələbi artırıb. Ekspertlər dollar/avro məzənnəsinin ilin sonuna qədər paritetə çatacağını proqnozlaşdırırlar. Neftin qiyməti isə Çin iqtisadiyyatının zəifləməsi və İran neftinin bazara daxil olması gözləntiləri səbəbindən sürətlə azalmağa davam edir. Hazırda "Brent" markalı neftin qiyməti 44 dollar/barelə yaxınlaşıb. Belə davam edərsə, "Brent"in qiyməti yenidən 2008-ci ildəki 36 dollar/barel həddinə qayıdacaq.

Son xəbərlər

Orphus sistemi