Azərbaycan Mərkəzi Bankından investisiya şirkətlərinə tövsiyə

Azərbaycan Mərkəzi Bankından investisiya şirkətlərinə tövsiyə Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyasının (AFBİA) və yerli investisiya şirkətlərinin rəhbər şəxslərinin iştirakı ilə yığıncaq keçirilib.
Maliyyə
7 Fevral , 2020 19:30
Azərbaycan Mərkəzi Bankından investisiya şirkətlərinə tövsiyə
Azərbaycan Mərkəzi Bankı / Report

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyasının (AFBİA) və yerli investisiya şirkətlərinin rəhbər şəxslərinin iştirakı ilə yığıncaq keçirilib.

“Report”un əldə etdiyi məlumata görə, yığıncağa AMB-də yeni yaradılmış Kapital Bazarına və digər maliyyə vasitəçilərinə nəzarət departamentinin əməkdaşları da qatılıb. 

Onlar qiymətli kağızlar bazarındakı problemləri dinləyib, qeydlər götürüblər. Daha sonra investisiya şirkətlərinə tövsiyə olunub ki, müştəriləri olan bankların investisiya qoyduğu AMB-nin notlarından asılılıqlarını azaltsınlar və daha çox real sektora yönəlsinlər.

Son xəbərlər

Orphus sistemi