Azərbaycan ​Mərkəzi Bankında kredit təşkilatlarının nümayəndələri ilə görüş keçirilib

Azərbaycan ​Mərkəzi Bankında kredit təşkilatlarının nümayəndələri ilə görüş keçirilib Tədbirdə Mərkəzləşdirilmiş Kredit Reyestri sistemində veb-servisin istismara verilməsi ilə bağlı təqdimat keçirilib
Maliyyə
17 Sentyabr , 2015 17:54
Azərbaycan ​Mərkəzi Bankında kredit təşkilatlarının nümayəndələri ilə görüş keçirilib

Bakı. 17 sentyabr. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının (AMB) Mərkəzləşdirilmiş Kredit Reyestri (MKR) sistemində veb-servisin istismara verilməsi ilə bağlı təqdimat keçirilib. "Report"un AMB-yə istinadən verdiyi xəbərə görə, təqdimatda çıxış edən MKR-in rəhbəri Elçin Həbibov reyestr sisteminin inkişafı ilə bağlı qarşıda duran hədəflər, eləcə də yeni texnologiyanın bank sisteminə verəcəyi töhfələrlə bağlı ətraflı məlumat verib.

Qeyd edək ki, müvafiq texnologiya sorğu olunan məlumatların “sistemdən sistemə” oxuna bilən formatlarda ötürülməsi alətidir. Bu texnologiyanın tətbiqi MKR sistemi ilə kredit təşkilatlarının sistemləri arasında interfeyslər qurmağa, kredit reyestrində mövcud məlumatlardan daha səmərəli istifadəyə və informasiyanın sürətli axınına imkan verəcək.

Sistem istifadəçiləri olan banklar və bank olmayan kredit təşkilatları müvafiq texnologiya vasitəsilə əldə etdikləri məlumatları müxtəlif proqram təminatları və biznes proseslərində istifadə edə biləcəklər.

Tədbirdə kredit təşkilatlarının informasiya texnologiyaları sahəsi üzrə struktur vahidlərinin rəhbərləri, həmçinin biznes prosesləri üzrə məsul əməkdaşlar iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi