Azərbaycan ​Mərkəzi Bankına kommersiya kreditlərini ucuzlaşdırmaq tapşırılıb

Azərbaycan ​Mərkəzi Bankına kommersiya kreditlərini ucuzlaşdırmaq tapşırılıb Ölkə prezidentinin fərmanına əsasən, kommersiya banklarının faiz dərəcələri ilə uçot dərəcəsi arasında fərq azaldılmalıdır
Maliyyə
23 Dekabr , 2014 13:09
Azərbaycan ​Mərkəzi Bankına kommersiya kreditlərini ucuzlaşdırmaq tapşırılıb

Bakı 23 dekabr. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) 2015-ci ildə ölkədə fəaliyyət göstərən kommersiya banklarının kreditləri üzrə faiz dərəcələrinin aşağı salınması, həmin dərəcələrlə uçot dərəcəsi arasında fərqin azaldılması istiqamətində əməli tədbirlər görməlidir. “Report”un verdiyi xəbərə görə, bu barədə Azərbaycan prezidentinin “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” qanunun tətbiqi barədə fərmanında bildirilir. 

Sənəddə deyilir ki, AMB görülən işlər barədə altı aydan bir dövlət başçısına məlumat verilməlidir.

Xatırladaq ki, AMB-nin uçot dərəcəsi hazırda 3,5% təşkil edir.

Son xəbərlər

Orphus sistemi