Yuxarı

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları kəskin azalıb

Rəsmi valyuta ehtiyatları illik müqayisədə 52% azalıb

Bakı. 4 sentyabr. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatları illik müqayisədə 51,84% azalaraq cari ilin sentyabrın 1-nə 7 315,4 mln. ABŞ dolları təşkil edib. "Report"un AMB-yə istinadən verdiyi xəbərə görə, təkcə bu ilin avqust ayında valyuta ehtiyatları 13,95% azalıb. İlin əvvəli ilə müqayisədə isə azalma 46,83% olub.

Qeyd edək ki, cari il yanvarın 1-nə AMB-nin rəsmi valyuta ehtiyatları 13 758,3 mln. dollar təşkil edib. Yanvardan azalmağa başlayan ehtiyatlar fevralın 1-nə 12 680,8 mln. dollar, martın 1-nə 11 004,4 mln. dollar, aprelin 1-nə 9 472,1 mln. dollar, mayın 1-nə 8 387,9 mln. dollar, iyunun 1-nə 8 430,8 mln. dollar olub. İyunda nisbətən artan valyuta ehtiyatlarının həcmi iyulun 1-nə 8 520,2 mln. dollara qalxsa da, daha sonra iyulda azalma davam edib və ehtiyatların həcmi avqustun 1-nə 8 501,5 mln. dollara enib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi