​Azərbaycan Mərkəzi Bankı xaricdəki aktivlərini satır

​Azərbaycan Mərkəzi Bankı xaricdəki aktivlərini satır Əldə edilən vəsait nağd valyuta və depozitlərə çevrilir
Maliyyə
2 Noyabr , 2015 13:40
​Azərbaycan Mərkəzi Bankı xaricdəki aktivlərini satır

Bakı. 2 noyabr. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) bu ilin sentyabr ayı ərzində 530,8 mln. ABŞ dolları həcmində qiymətli kağızlarını sataraq, əldə etdiyi vəsaiti nağd valyuta və depozitlərə çevirib.

"Report"un AMB-yə istinadən verdiyi xəbərə görə, sentyabrın 1-nə 2 984,1 mln. dollar həcmində olan qiymətli kağızlar portfeli oktyabrın 1-nə 530,8 mln. dollar və ya 17,8% azalaraq 2 453,3 mln. dollara enib. Bu müddət ərzində nağd xarici valyuta və depozitləri 404,8 mln. dollar və ya 17,2% artaraq 2 751,2 mln. dollara yüksəlib.

Qeyd edək ki, qiymətli kağızlarda olan aktivlər ilin əvvəlindən 5 500,6 mln. dollar və ya 69,2%, 2014-cü ilin anoloji dövrü ilə müqayisədə isə 6 461,4 mln. dollar və ya 72,5% azalıb.

Cəmi valyuta və depozitlərdə olan aktivlər isə ilin əvvəli ilə müqayisədə 580,8 mln. dollar və ya 17,4% azalıb. Keçən ilin analoji dövrü ilə müqayisədə azalma 1 685,1 mln. dollar və ya 38% olub.

Qeyd edək ki, avqust ayında rəsmi ehtiyat aktivlərində 956 mln. dollarlıq azalmadan sonra sentyabr ayında azalma səngiyib və 129 mln. dollar təşkil edib.

Son xəbərlər

Orphus sistemi