Yuxarı

Azərbaycan Mərkəzi Bankı valyuta satışını bərpa edib

AMB-nin bu gün valyuta satışı 60 mln. dollara yaxın olub

Bakı. 8 dekabr. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün mütəşəkkil banklararası bazarda valyuta satışı əməliyyatlarını bərpa edib. "Report" xəbər verir ki, gün ərzində AMB banklararası valyuta bazarında 58,8 mln. ABŞ dolları satıb. 

Qeyd edək ki, AMB son üç həftə ərzində valyuta bazarında ciddi satış həyata keçirməyib. Valyuta satışı bu müddət ərzində əsasən Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən bir neçə kommersiya bankının vasitəçiliyilə baş verib. Bu gün isə ARDNF satışları dayandırıb və AMB yenidən bazardakı fəaliyyətini artırıb. 

Xatırladaq ki, dekabrın 1-nə AMB-nin rəsmi valyuta ehtiyatları 6,246 mlrd. ABŞ dolları təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi