Yuxarı

Azərbaycan Mərkəzi Bankı Vahid Nəzarət və Monitorinq Sistemi yaradır

Azərbaycan Mərkəzi Bankı Vahid Nəzarət və Monitorinq Sistemi yaradır
Dinlə

© Report

Azərbaycan Mərkəzi Bankı (AMB) maliyyə bazarlarına nəzarət üzrə avtomatlaşdırılmış Vahid Nəzarət və Monitorinq Sisteminin yaradılması üçün açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 500 manatdır. 

İddiaçılar ilkin sənədləri mayın 13-nə qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə mayın 22-nə qədər AMB-nin Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 90 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər. Əlaqələndirici şəxs qurumun İnformasiya texnologiyaları departamentinin əməkdaşı Elman Muradovdur. Telefon: (012) 493-11-22 (daxili 499).

Təkliflərə mayın 25-də, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq. İş ən gec 2 il müddətində təhvil verilməlidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi