Azərbaycan Mərkəzi Bankı tender keçirir

Azərbaycan Mərkəzi Bankı tender keçirir Tender 3 lot üzrə elan olunub
Maliyyə
21 Aprel , 2017 09:12
Azərbaycan Mərkəzi Bankı tender keçirir
Report

Bakı. 21 aprel. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi,90 ünvanında yerləşən əsas inzibati binasında 1600 kVA-lik transformator qurğusunun təchizatı və quraşdırılması (lot-1), mərkəzi ofisinin və Sumqayıt ehtiyat mərkəzinin inzibati binalarında quraşdırılmış kəsintisiz elektrik mənbələri (UPS) üçün ehtiyat hissələrinin təchizatı və quraşdırılması (lot-2) və əsas inzibati binasında quraşdırılmış Avtomatlaşdırılmış Telefon Stansiyası "OpenScape Business" üçün İP telefon aparatlarının satın alınması (lot-3) məqsədi ilə açıq tender elan edib.

“Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.

Məlumatda deyilir ki, tenderdə iştirak haqqı hər lot üzrə 50 manatdır. İddiaçılar ilkin sənədləri mayın 11-nə qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə mayın 22-nə qədər AMB-nin binasına təqdim etməlidirlər. Əlaqələndirici şəxslər Elvin Sərdarov və Ceyhun Səməndovdur (tel.: (012) 493 11 22, daxili 428, 599).

Təkliflərə mayın 23-də, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.

Son xəbərlər

Orphus sistemi