Azərbaycan Mərkəzi Bankı sığortaçılar arasında seçim edib

Azərbaycan Mərkəzi Bankı sığortaçılar arasında seçim edib Azərbaycan Mərkəzi Bankının (AMB) sığorta xidmətlərinin satın alınması ilə bağlı elan etdiyi açıq tenderin nəticələri məlum olub.
Maliyyə
17 Sentyabr , 2019 09:15
Azərbaycan Mərkəzi Bankı sığortaçılar arasında seçim edib
Report

Azərbaycan Mərkəzi Bankının (AMB) sığorta xidmətlərinin satın alınması ilə bağlı elan etdiyi açıq tenderin nəticələri məlum olub.

“Report” xəbər verir ki, qurumun əsas vəsaitlərinin sığortalanması üzrə “Atasığorta” ASC, nağd pulunun sığortalanması üzrə “PAŞA Sığorta” ASC, nəqliyyat vasitələrinin sığortalanması (KASKO) üzrə isə “Qala Sığorta” ASC qalib elan edilib.

Artıq qalib şirkətlərlə satınalma müqavilələri imzalanıb. 

Son xəbərlər

Orphus sistemi